"Bayden həmişə yatırdı, mümkün olan hər yerdə..." - Tramp
ABŞ prezidenti Donald Tramp sələfi Co Baydeni çox yatmaqda günahlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Baydenin işləmək əvəzinə vaxtını yatmaqla keçirdiyini deyən Tramp ABŞ-nin bu səbəbdəndağılmaq təhlükəsi ilə üz-üzə qaldığını iddia edib.
Trampın səs-küylü açıqlamasını təqdim edirik:
"Biz bir xaos miras almışıq. Əslində ölkəmizin böyük problem içində olduğunu mənə demişdin. Sizin istifadə etdiyiniz sözləri işlətməyəcəyəm. Ölkəmizin bir il yarım, iki il əvvəl öldüyünü düşünürdünüz. İndi isə dünyanın ən gözəl ölkəsi bizdədir. Bizdə sadəcə bir nəfər yatırdı. O, bütün rekordları qırıb. O, həmişə, gecə-gündüz, çimərlikdə mətbuatın müşayiəti altında çimərlikdə də yuxuya gedə bilən yeganə adam idi".
Oğuz