"Putin AZAL təyyarəsi ilə bağlı açıqlama verməyi planlaşdırmır" - Peskov
“Rusiya Prezidenti Vladimir Putin AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır”.
SAVASHMEDİA.az “Russia Today”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib.
“Xeyr, planlaşdırılmır”, - deyə Peskov jurnalistlərin müvafiq sualına cavab verərkən deyib.
Peskov həmçinin bildirib ki, Kreml Bakıda “Rus Evi”nin bağlanmasını anlaşılmazlıq hesab edir.
Onun sözlərinə görə, Kreml vəziyyətin nizamlanacağına ümid edir: “Təəssüflənirik və bunun nizamlana bilən anlaşılmazlıq olduğunu hesab edirik. Bu məsələni həmkarlarımızla müxtəlif səviyyələrdə müzakirə edəcəyik və bu məsələnin dövlət başçıları səviyyəsində qaldırılacağını istisna etmirik”.
Peskov vurğulayıb ki, Moskva bu məsələləri Bakı ilə olan ənənəvi mehriban münasibətləri rəhbər tutaraq dialoq vasitəsilə həll edəcək.