Daha bir qəza, təyyarə avtobusa çırpıldı - Ölənlər var
Bu gün, fevralın 7-də Braziliyanın San-Paulu şəhərinin qərbində təyyarə qəzası baş verib.
SAVASHMEDİA.az CNN-ə isrtinadla xəbər verir ki, qəza yerində iki cəsəd aşkarlanıb. Digər mümkün qurbanlar barədə hələlik məlumat yoxdur.
Hadisənin baş verdiyi ərazidə bütün yollar bağlanıb, hadisə yerində yanğınsöndürənlər işləyir.
Təyyarə səhər saat 7:15-də şəhərin şimal hissəsində yerləşən Campo de Marte hava limanından uçuşa başlayıb. Cəmi beş dəqiqə sonra, səhər saat 7:20-də, Sao Paulonun qərbindəki Barra Funda bölgəsində qəzaya uğrayıb.
İlkin məlumatlara görə, təyyarə təcili eniş etməyə cəhd etsə də, alınmayıb və bir neçə maşınla toqquşub. Təyyarə ilə yanaşı, avtobus və avtomobillər də yanıb.
Oğuz