Məşhur müğənninin konsertində YANĞIN BAŞLADI - FOTO
Türkiyənin məşhur rokçusu, "Athena" qrupunun solisti Gökhan Özoğuzun konserti zamanı yanğın başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, ötən gün Bursanın Gürsu və Kestel rayonunda başlayan meşə yanğını qısa müddətdə ətraf rayonlara da yayılıb.
Müğənni Gökhan Özoğuz yanğın səbəbilə konserti yarıda saxlamağa məcbur olub. Özoğuz konsert iştirakçılarından təşvişə düşmədən ərazini tərk etmələrini xahiş edib.
Xatırladaq ki, Türkiyənin müxtəlif bölgələrində həftələrdir meşə yanğınları baş verir. Bir neçə gün əvvəl Eskişehirdə başlayan yanğında 10 meşə işçisi həlak olub.
Banu
Fotolarda: Gökhan Özoğuz