Əkrəm İmamoğlunun qaynı saxlanıldı - FOTO

Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun qaynı Ali Kaya polis tərəfindən saxlanılıb.

Feb 4, 2026 - 11:12
Əkrəm İmamoğlunun qaynı saxlanıldı - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həyata keçirilən əməliyyatlar çərçivəsində tutulub.

Qeyd edək ki, bir neçə aydır davam edən əməliyyat-istintaq tədbirləri çərçivəsində çoxsaylı tanınmış şəxslər məsuliyyətə cəlb edilib. Onların arasında “Fənərbaxça” klubunun prezidenti Sadettin Saran, eləcə də çoxsaylı şou-biznes nümayəndələri də var.

Xatırladaq ki, ötən ilin martında Ə.İmamoğlu haqda İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. Daha sonra ölkənin Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Hazırda İmamoğlunun bir neçə ittiham üzrə məhkəmə prosesləri davam etdirilir.

Səlcuq

Fotoda Ali Kaya