Sergey Şoyqunu öldürmək istədilər - 3 nəfər saxlanıldı

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu öldürməyə cəhd ediblər.

Nov 18, 2025 - 00:50
Nov 18, 2025 - 01:32
Sergey Şoyqunu öldürmək istədilər - 3 nəfər saxlanıldı

SAVASHMEDİA.az-ın xəbərinə görə, ona sui-qəsd cəhdi noyabr ayının 13-də edilib.

Rusiya mediasının yazdığına görə, bu əməldə Ukrayna xüsusi xidmət orqanlarının əli olduğu deyilir.

Terror aktı isə Troekurovski qəbiristanlığında planlaşdırılıbmış. Terror aktı Şoyqunun anasının ölümünün ildönümündə planlaşdırılıb. İstintaqın versiyasına görə, partlayışın təşkili üçün sifarişçilər narkotik asılılığı olan bir kişi və qadını, həmçinin Rusiyada qətl və silah saxlama maddələri üzrə axtarışda olan tacikistanlı miqrantı cəlb ediblər. 

Onlara planı uğurla həyata keçirəcəkləri təqdirdə təqdirdə narkotik vəd edilib.

Məlumata əsasən, əcnəbi şəxs əldəqayırma partlayıcı qurğunu hazırlayıb, cütlük isə onu noyabrın 11-də ildönümündən bir gün əvvəl Troekurovskoye qəbiristanlığına apararaq Sergey Şoyqunun anası Aleksandra Şoyqunun məzarının yanına yerləşdirib. Şoyqu məzarlığı ziyarət etdikdə vəziyyəti izləmək və detonatoru işə salmaq üçün yaxınlıqda kamera da quraşdırılıb.

Hər üç diversantın saxlanıldığı bildirilir.

Oğuz