Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.

Nov 18, 2025 - 11:59
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə teatrın sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.

Əməkdar artistlə vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.

Vida mərasimi saat 12:00-da baş tutacaq.

Daha sonra onun nəşi torpağa tapşırılmaq üçün Badamdar qəbiristanlığına aparılacaq.

Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-ü xəstəxanaya yerləşdirilmişdi.

Fotoda: Yadigar Muradov