"Qalatasaray" Avropa Liqasında mübarizəni dayandırdı

Türkiyənin "Qalatasaray" komandası UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Feb 21, 2025 - 01:26
"Qalatasaray" Avropa Liqasında mübarizəni dayandırdı

SAVASHMEDİA.az xəbər verir ki, İstanbul təmsilçisi səfərdə 1:4 hesabı ilə məğlub olduğu Niderlandın “AZ Alkmaar” klubunu doğma meydanda qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb.

Bununla da qonaqlar 1/8 finala yüksəliblər.