Neymar məşqlərə helikopterlə gəlib, gedir - SƏBƏB

"Santos"un yeni transferi Neymar hər gün Rio-de-Janeyro ştatının Manqaratiba şəhərindəki evindən klubun bazasına yollanır.

Feb 5, 2025 - 15:22
Neymar məşqlərə helikopterlə gəlib, gedir - SƏBƏB

Bu barədə "Globo" məlumat yayıb. O, komandanın məşqlərinə helikopterlə gedib-gəlir. Buna səbəb onun Santos da evinin olmamısıdır.

Qeyd olunur ki, oyunçu prestijli ərazidə yeni malikanə almağa hazırlaşır. Morro-de-Santa Terezinyada yerləşən villaya baxış keçirilib və alınması üçün prosesə başlanııb.

Xatırladaq ki, Neymar ötən həftə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılaraq, azad agent statusu ilə "Santos"a transfer olunub. (publika)