Vaşinqtiondakı qəza qurbanlarının hamısının nəşi aşkarlandı

Vaşinqtonda “American Airlines” təyyarəsi ilə hərbi helikopterin havada toqquşması nəticəsində ölən 67 nəfərin hamısının nəşi tapılıb. 

Feb 5, 2025 - 15:32
Vaşinqtiondakı qəza qurbanlarının hamısının nəşi aşkarlandı

SAVASHMEDİA.az bu barədə “Amerikanın səsi”nə istinadən xəbər verir.

Məlumata görə, həlak olanlardan biri istisna olmaqla, hamısının şəxsiyyəti müəyyən edilib.

Çətin hava şəraitində işləyən heyətlər Potomak çayının sularından təyyarənin bir neçə iri hissəsini, o cümlədən sağ qanadını, gövdənin mərkəzi hissəsini və ön kabinənin hissədini, quyruq konusunun və sükanın hissələrini çıxarıblar.

“Bütün qəlbimizlə qurbanların, bu faciəli itkini yaşayan ailələri ilə birlikdəyik”, - deyə axtarışda iştirak edən şəhər və federal qurumlarının birgə bəyanatında bildirilib.
 
Hakimiyyət bundan öncə bəyan etmişdi ki, bütün qurbanların cəsədlərini çıxarmağa ümid edirlər. Hazırda hakimiyyətin diqqəti təyyarənin qalıqlarını çıxarmağa yönəlib. Qurumlar bu həftənin sonunda vertolyotu qaldırmağa ümid etdiklərini söyləyibblər. 

Xatırladaq ki, yanvarın 29-da axşam ABŞ paytaxtının səmasında “Black Hawk” hərbi vertolyotu enişə hazırlaşan “American Airlines” sərnişin təyyarəsi ilə toqquşub. Qəza nəticəsində hər iki təyyarə Potomak çayına düşüb. Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü, helikopterdə isə üç hərbçi olub. Təyyarədə və helikopterdə olanlardan heç biri sağ qalmayıb.

Xatirə SADİQ