"Nə Almaniya? Yox bir, Amerikaya aparıblar..." - Vahid Əhmədov 

Sabiq millət vəkili Vahid Əhmədovun səhhətində ciddi problemlərin yaranması səbəbindən onun Almaniyaya aparıldığı barədə xəbər məkanında məlumat yayılıb.

Feb 5, 2025 - 15:05
"Nə Almaniya? Yox bir, Amerikaya aparıblar..." - Vahid Əhmədov 

İddia olunur ki, Vahid müəllim hazırda bu ölkənin xəstəxanalarından birinə yerləşdirilib.

SAVASHMEDİA.az xəbər verir ki, sabiq millət vəkili musavat.com-a açıqlamasında xəbəri təkzib etdi: “Yalan söhbətdir. Səhhətim normaldır. Nə Almaniya? Yox bir, Amerikaya aparıblar...Bu gün ofisdə olmuşam, hazırda işdən çıxıb, bağa gedirəm”, Vahid Əhmədov bildirb.