“Bu, ən kütləvi qorxunc atışma olub” - İsveçin baş naziri
“Örebroda böyüklər üçün “Risbergska” təhsil mərkəzində törədilənlər İsveç tarixində ən kütləvi qorxunc atışmadır”.

SAVASHMEDİA.az “Fria Tider” nəşrinə istinadən xəbəbr verir ki, bunu İsveçin baş naziri Ulf Kristersson deyib.
Baş nazir cəmiyyəti istintaq tamamlanana qədər atəş açan şəxsin motivləri barədə spekulyasiyalardan çəkinməyə çağırıb.
Qeyd edək ki, fevralın 4-də Örebrodakı məktəbdə atışma baş verib. İnsident nəticəsində azı 10 nəfər həlak olub. Qurbanların və yaralananların sayı dəqiqləşdirilir. Son məlumatlara görə, 6 nəfərdən çox şəxs yaralanıb.
“Expressen” xəbər verir ki, ilkin məlumata görə, 35 yaşlı atıcı intihar edib. Onun motivləri məlum deyil.
Polisdən bildirilib ki, qatilin heç bir dəstə ilə əlaqəsi yoxdur və keçmişdə mühakimə olunmayıb. Onun təkbaşına hərəkət etdiyi güman edilir. Polis atəş açan şəxsin evində axtarış aparıb və bina tamamilə mühasirəyə alınıb.
Örebro şəhəri paytaxt Stokholmdan təxminən 200 km Qərbdə yerləşir. Atışma baş verən məktəbdə 2 min nəfər təhsil alır. İnsidentdən sonra məktəb boşaldılıb.
Xatirə SADİQ