“Son vaxtlar ABŞ ilə əlaqələr aktivləşib” - Peskov 

“Rusiya ilə ABŞ arasında təmaslar ayrı-ayrı qurumların xətti ilə intensivləşib”. 

Feb 5, 2025 - 14:43
“Son vaxtlar ABŞ ilə əlaqələr aktivləşib” - Peskov 

SAVASHMEDİA.az “İnterfaks”a istinadən xəbəbr verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

ABŞ prezidenti Donald Trampın ölkəsinin həm Rusiya, həm də Ukrayna ilə fəal danışıqlar aparması barədə açıqlamasını şərh edən Peskov etiraf edib ki, son vaxtlar əlaqələr daha da aktivləşib. 

“Amma mən sizə başqa təfərrüatları deyə bilmərəm”, - Peskov əlavə edib.

Qeyd edək ki, bi gün öncə Tramp danışıqların konstruktiv şəkikldə getdiyindən və irəliləyişlərdən danışıb, amma hər hansı təfərrüat açıqlamayıb.

Xatirə SADİQ