Rusiyanın baş kəşfiyyatçısı Aİ-nin bu addımını pislədi – “İyrəncdir…”

Qələbə Gününün 80-ci ildönümündə Avropa İttifaqı (Aİ) liderlərinin Moskvaya gəlməsinə qadağa qoyulması iyrəncdir.

Apr 23, 2025 - 16:14
Rusiyanın baş kəşfiyyatçısı Aİ-nin bu addımını pislədi – “İyrəncdir…”

SAVASHMEDİA.az xəbər verir ki, bunu TASS-a Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. 

“Mayın 9-da Moskvaya səfər etmək istəyi ilə əlaqədar Aİ nümayəndələrinin Avropa liderlərinə qarşı təhdidlərini necə qiymətləndirir” sualına cavabında Narışkin qeyd edib ki, bu addım Aİ məmurlarının uduzan tərəfdə olduğunu göstərir.

“Bu cür hədələrlə öz həmkarlarına müraciət edən siyasətçilərin üzündən maskanı çıxarıb atan mənəviyyatsız mövqedir. Bu cür təhdidlər o deməkdir ki, 9 May bütün bəşəriyyət üçün, xüsusən də Avropa üçün böyük tarixdir. Faşist Almaniyası üzərində qələbə bu avropalı vətəndaşlar, avropalı məmurlar üçün bayram deyil, qıcıqdır. Bu, onların kimin tərəfində olduğunu göstərir: qaliblərin deyil, məğlubların tərəfindədirlər”, - deyə Narışkin vurğulayıb. 

Xatırladaq ki, Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas siyasətçilərə mayın 9-da Moskvaya getməmək barədə xəbərdarlıq edib və Avropa liderlərini həmin gün Kiyevə səfər etməyə çağırıb. 

Xatirə SADİQ