Londonda danışıqlar başladı – “O olmasın, bu, olsun”

Bütün ertələmələrə baxmayaraq, Londonda Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün sülh planı üzrə danışıqlar başlayıb.

Apr 23, 2025 - 16:04
Londonda danışıqlar başladı – “O olmasın, bu, olsun”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Məlumata görə, danışıqlarda Böyük Britaniya, ABŞ, Ukrayna, Fransa və Almaniya nümayəndələri iştirak edirlər. Amma öncədən elan olunduğu kimi, görüş xarici işlər nazirləri səviyyəsində deyil, Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri formatında baş tutub. 
  
Görüşə ABŞ və Ukraynanın rəsmi şəxsləri də qatılıblar. 

Xatirə SADİQ