Danimarkadan Trampla Rutteyə təpki

Danimarkanın Müdafiə Komitəsinin sədri Rasmus Jarlov ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte arasında Qrenlandiyanın ilhaqı ehtimalı ilə bağlı müzakirədən hiddətləndiyini bildirib. 

Mar 14, 2025 - 11:22
Danimarkadan Trampla Rutteyə təpki

SAVASHMEDİA.az xəbər verir ki, Yarlov öz hiddətini “X” sosial şəbəkəsində ifadə edib.

Siyasətçi bildirib ki, bu, iki NATO ölkəsi arasında müharibənin olacağı anlamına gəlir.

“NATO baş katibinin Trampla Qrenlandiya ilə bağlı zarafat etməsindən şad deyilik. Axı bu, iki NATO ölkəsi arasında müharibə demək olardı. Qrenlandiya təzəlikcə Danimarkadan dərhal müstəqill olmağın əleyhinə səs verdi və heç vaxt Amerikanın olmaq istəmir. Mən onların adından danışmıram. Mən onların dedikləri və hiss etdikləri barədə danışıram. Onlar Trampın ABŞ-nin (yaxud əgər bundan söhbət gedirsə, hər hansı başqa ABŞ-nin) bir hissəsi olmaqdansa ölməyi üstün tuturlar”, - deyə Rasmus Yarlov vurğulayıb.
 
Dünən NATO-nun baş katibi ilə görüşdə ABŞ prezidenti Qrenlandiyanın ilhaqının baş verəcəyini düşündüyünü söyləyib. O, bunu “beynəlxalq təhlükəsizlik üçün zərurət”lə izah edib.

Sonra o, Rutteyə üz tutaraq deyib: “Biz sizinlə yenidən danışacağıq. Bu, həqiqətən də münasib sualdır”.

Rutte buna cavab olaraq “Biz bilirik ki, orada hər şey dəyişir və biz orada olmalıyıq” deyib. 

Xatirə SADİQ