Çexiya gürcü diplomatlarından viza tələb edəcək

Gürcüstanda diplomatik və xidməti pasportların sahibləri Çexiyaya qısamüddətli səfərlər üçün viza almalıdırlar.

Sep 18, 2025 - 13:42
Çexiya gürcü diplomatlarından viza tələb edəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Radio Prague International” yazıb. 

Məlumata görə, Çex hökuməti Xarici İşlər Nazirliyinin (XİN) reqlament layihəsini təsdiqləyib. Sənədə əsasən, Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslər Çexiyaya qısamüddətli səfərlər üçün viza almalı olacaqlar.

XİN-dən bildirilib ki, viza rejimi Gürcüstanın fundamental insan hüquqlarına və demokratik prinsiplərə hörmət etməməsi, nümayişlərin zorakılıqla yatırılması, Gürcüstanın dövlət və hökumət orqanlarının vətəndaş cəmiyyətinə qarşı yönəlmiş fəaliyyətinə görə tətbiq olunub.

Viza rejimi Çexiyaya varid olanlara tətbiq ediləcək. Onların Çüxiyada qalma müddəti altı ay ərzində 90 gündən çox çəkməyəcək. Bu, xüsusən də Gürcüstan tərəfindən verilmiş etibarlı diplomatik və xidməti pasportlara malik şəxslərə şamil ediləcək. 

Xatirə SADİQ