Baş prokuror ona vəzifə verdi

Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib.

Feb 7, 2026 - 14:10
Baş prokuror ona vəzifə verdi

SAVASHMEDİA.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Həsənli şəhər hərbi prokurorunun müavini təyin edilib.

Qeyd edək ki, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalovdur. O, bir neçə ay əvvəl həmin vəzifəyə təyin edilib.