“Əgər kansler bunu desəydi, vəzifəsində son günü olardı" – İqor Eydman

“Trampın milyarder dostları onun tariflərindən böyük məbləğdə pul qazanıblar”.

Apr 17, 2025 - 14:26
“Əgər kansler bunu desəydi, vəzifəsində son günü olardı" – İqor Eydman

SAVASHMEDİA.az xəbər verir ki, bunu Berlində yaşayan rusiyalı sosioloq İqor Eydman ukraynalı jurnalist Alesya Batsmana müsahibəsində deyib.

“Tramp tamamilə açıq şəkildə deyir ki, milyarder dostları tarifləri tətbiq etmək və ləğv etmək üçün etdiyi hərəkətlər sayəsində birjanı qəsdən silkələməklə külli miqdarda pul qazanıblar. Və bütün bunlar normal qarşılanır. Əgər Almaniyada kansler belə bəyanat versəydi, bu, onun vəzifəsində son günü olardı. O, təbii ki, dərhal uzaqlaşdırılacaqdı”, - deyə sosioloq diqqətə çatdırıb.

Eydmanın sözlərinə görə, ağılsız MAGA (Amerikanı Yenidən Qüdrətli Et) hərəkatı özünkülərə istədiklərini etməyə imkan verir.
 
“Demokratlar araşdırma aparmağa çalışırlar, amma hələlik baş prokuror Trampın qoyduğu şəxsdir. Mən əminəm ki, bu araşdırmalar tez zamanda müsbət nəyəsə gətirib çıxarmayacaq”.

Qeyd edək ki, İqor Eydman Rusiya müxalifətinin keşmiş lideri Boris Nemtsovun dayısı oğludur.

Xatirə SADİQ