UEFA-dan İnfantinoya etimadsızlıq mesajı - Yeni namizəd hazırlanır

UEFA FIFA prezidenti Canni İnfantinonun fəaliyyətini sərt tənqid edərək qurumda idarəetmə islahatlarının zəruriliyini vurğulayıb.

Aug 1, 2026 - 17:41
UEFA-dan İnfantinoya etimadsızlıq mesajı - Yeni namizəd hazırlanır

SAVASHMEDİA.az xəbər verir ki, UEFA İnfantinonun Dünya Çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı planlarını qəbuledilməz hesab edib.

Qurum sözügedən təşəbbüsün dayandırılmasını müsbət qiymətləndirsə də, FIFA-da daha şəffaf, hesabatlı və müasir idarəetmə modelinin formalaşdırılmasının vacibliyini bəyan edib.

UEFA rəsmi bəyanatında Canni İnfantinonun istefasını tələb etməyib. Bununla belə, qurum 2027-ci ildə keçiriləcək FIFA prezident seçkilərində ona alternativ namizəd irəli sürmək istiqamətində fəaliyyət göstərdiyini açıqlayıb.

Qeyd edək ki, son həftələrdə Canni İnfantinoya qarşı tənqidlər daha da güclənib. Bir sıra futbol rəsmiləri və ictimai xadimlər FIFA prezidentinin istefasına çağırış ediblər.

Aytən