"O qol qapıçının hədiyyəsi idi, "Qarabağ" yaxşı oynamadı" - UEFA nə demək istəyir?
UEFA-nın rəsmi saytı “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin IV turunda Norveçdə “Bodo-Qlimt” üzərində qazandığı qələbədən (2:1) yazıb.
SAVASHMEDİA.az sportinfo.az-a istinadla xəbər verir ki, UEFA Azərbaycan çempionunun qalibiyyətini bu cür şərh edib:
“Qarabağ” ən parlaq oyununu keçirməsə də, cari yarışda ilk xalı və ilk qələbəsini qazandı. Qurban Qurbanovun komandasına ilk qolu qismən qapıçı Nikita Xaykin hədiyyə etdi. O, topu uğursuz uzaqlaşdırdı, Toral Bayramov isə onu götürdü və uzaqdan gözəl zərbə endirdi.
Meydan sahibləri çox çalışdı və ilk hissədə bir neçə şans yaradaraq hesabı bərabərləşdirdi.
İkinci hissədə isə “Qarabağ” bundan maksimum yararlanaraq, müdafiədəki səhvlərə görə “Bodo-Qlimt”i cəzalandırdı.
Abdullah Zubirə o qədər də müqavimət göstərmədi, cərimə meydançasına doğru irəlilədi və demək olar ki, maneəsiz sol küncdən zərbə endirdi”.