ABŞ millisinin futbolçusu dünya çempionatları tarixinə düşdü

ABŞ millisinin müdafiəçisi Kris Riçards Paraqvay yığması ilə matçda unikal nailiyyətlə yadda qalıb.

Jun 13, 2026 - 19:19
ABŞ millisinin futbolçusu dünya çempionatları tarixinə düşdü

SAVASHMEDİA.az xəbər verir ki, "Sofascore" nəşrinin məlumatına görə, amerikalıların 4:1 hesablı qələbəsi ilə başa çatan görüşdə Riçards etdiyi 83 ötürmənin hamısını komanda yoldaşlarına dəqiq çatdırıb.

Bu, 1966-cı ildən bəri dünya çempionatlarında 100 faizlik dəqiqliklə qeydə alınan ən yaxşı göstəricidir.

Xatırladaq ki, klub karyerasını İngiltərənin "Kristal Pelas" komandasında davam etdirən Kris Riçards 2020-ci ildən ABŞ milli komandasının şərəfini qoruyur.