Putindən Colaniyə mesaj: “Dəstəkləyirik”
Rusiya Prezidenti Vladimir Putin Suriya lideri Əhməd əş-Şaraaya (Colani) ismarış göndərib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
O bildirib ki, Putin həmin ismarışda Suriyanın suverenliyinin, müstəqilliyinin, birliyinin və ərazi bütövlüyünün təmin edilməsi maraqları naminə ölkədə vəziyyətin tezliklə sabitləşməsinə dair səyləri dəstəkləyib.
Yağmur