Trampın bu cinayət işinə xitam verildi – “Prezidentin təqib edilməsi qadağandır”

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa qarşı 2020-ci il prezident seçkilərinə xələl gətirmək üçün sui-qəsd barədə cinayət işinə xitam verilib. 

Nov 26, 2024 - 10:51
Trampın bu cinayət işinə xitam verildi – “Prezidentin təqib edilməsi qadağandır”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb. 

Məlum olub ki, ABŞ-ın dairə hakimi Tanya Çutkan xüsusi prokuror Cek Smitin bununla bağlı vəsatətini təmin edib. 

Bu qərar Ədliyyə Nazirliyinin vəzifədə olan prezidentin təqibini qadağan edən siyasətinə əsaslanır.

“Məhkəmə hökumətə bu işə xitam verməyə icazə verir”, - deyə hakim Çatken bildirib.

Bu cinayət işi qeyd-şərtsiz bağlansa da, prezidentlik müddəti bitdikdən sonra hökumətin Trampı yenidən ittiham edəcəyi ehtimalı qalır.

“Washington Post” bundan öncə yazırdı ki, Tramp şəxsi məsələlərin həlli üçün Ədliyyə Nazirliyindən istifadə etməyi planlaşdırır.

Xatirə SADİQ