3 nəfər dönərdən zəhərləndi - TƏBİB-dən açıqlama

Noyabrın 25-də saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Nov 26, 2024 - 10:58
3 nəfər dönərdən zəhərləndi - TƏBİB-dən açıqlama

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

"Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.