Kişi 61 yaşlı arvadını balta ilə qətlə yetirib hamamda... - ŞOK TƏFƏRRÜAT

Türkiyənin Hatay vilayətinin Erzin ilçəsində ağır qətl hadisəsi baş verib.

Dec 7, 2025 - 11:01
Kişi 61 yaşlı arvadını balta ilə qətlə yetirib hamamda... - ŞOK TƏFƏRRÜAT

SAVASHMEDİA.az xəbər verir ki, CNN Türk-ün məlumatına görə, 77 yaşlı Bekir Sarıkaya həyat yoldaşı Meliha Sarıkaya (61)-nı baltayla öldürərək evin hamamında basdırıb.

Hadisə ilə bağlı saxlanılan şübhəli ər məhkəmənin qərarı ilə həbs edilib.

Məlumata görə, Meliha Sarıkaya ilə əlaqə saxlaya bilməyən yaxınları əvvəlcə onun haqqında itkin xəbər verib. Axtarışlara başlayan jandarma əməkdaşları Sarıkaya ailəsinin evinə gedərək Bekir Sarıkayadan həyat yoldaşının harada olduğunu soruşub. Onun ziddiyyətli ifadələri diqqət çəkib və evdə aparılan baxış zamanı qan izləri, həmçinin hamamda qazıntı izləri aşkarlanıb.

Şübhəli şəxs ifadəsində arvadını başına balta ilə vuraraq öldürdüyünü və hamama basdırdığını etiraf edib. Qısa müddət sonra qurbanın meyiti qazılan yerdən çıxarılaraq otopsi üçün Adana Adli Tıp Kurumuna göndərilib. Ekspertiza tamamlandıqdan sonra Meliha Sarıkayanın cənazəsi ailəsinə təhvil verilərək dəfn olunub.

Bekir Sarıkaya jandarmada verdiyi ifadənin ardınca məhkəməyə çıxarılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.