Poroşenko ölkədən buraxılmadı
Ukraynanın beşinci prezidenti Petro Poroşenkoya Münhen Təhlükəsizlik Konfransına getmək üçün ölkəni tərk etmək icazəsi verilməyib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Poroşenko “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Vaşinqtona səfərindən və Donald Trampın nümayəndələri ilə görüşlərindən sonra hakimiyyət yenidən onun xaricə səyahətinə qadağa qoyub.
Poroçenko bildirib ki, Dövlət İstintaq Bürosundan 15 çağırış vərəqəsi alıb. Bu, fevralın 14-dən fevralın 28-dək hər gün üçün bir çağırış deməkdir.
“Heç vaxt belə şey olmamışdı – və yenidən budur. Vaşinqtona səfərimdən və Trampın komandası ilə görüşlərdən sonra mənə Münhen Təhlükəsizlik Konfransına getməyə icazə verilmədi. Bununla belə, Poroşenkonun beynəlxalq görüşlər üçün xaricə getməsinə qadağa qoyulması ilə bağlı ənənəvi təcrübə özünü tükəndirib. Buna görə də, hakimiyyət mənə fevralın 14-dən 28-dək Dövlət İstintaq Bürosuna 15 çağırış vərəqəsi verib. Hər gün üçün. Bu ona görə edilib ki, nə cəbhəyə, nə də Münhenə gedim”, - deyə Poroşenko vurğulayıb.
Poroşenko hesab edir ki, hakimiyyətin bu cür hərəkətləri təkcə ona qarşı deyil, həm də hərbi rəhbərliyə, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya və keçmiş kəşfiyyatçı Vasil Çervinskiyə qarşı yönəlib.
Poroşenko hesab edir ki, hakimiyyətin bu cür hərəkətləri təkcə ona qarşı deyil, həm də hərbi rəhbərliyə, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya və keçmiş kəşfiyyatçı Vasil Çervinskiyə qarşı yönəlib.
Xalq deputatı Viktoriya Syumar “Facebook” səhifəsində bildirib ki, Poroşenkonun Münhendə yüksək səviyyəli, xüsusən də general Keyt Kelloqla görüşləri planlaşdırılırdı. Deputat qeyd edib ki, 2021-ci ildə qaldırılmış iş absurddur və hakimiyyət bu iş çərçivəsində Poroşenkonu dövlətə xəyanətdə ittiham etməyə çalışır.
Xatirə SADİQ