Böyrəklərdə daş niyə yaranır? - Səbəblər və çarələr

Böyrək daşları (və ya renal daşlar, nefrolitiaz) - böyrəklərdə və ya sidik yollarında kristal halında sərtləşmiş minerallardan və duzlardan əmələ gələn sərt kütlələrdir. 

Oct 10, 2025 - 02:29
Oct 10, 2025 - 02:43
Böyrəklərdə daş niyə yaranır? - Səbəblər və çarələr

SAVASHMEDİA.az böyrək daşlarının yaranma səbəblərini araşdırıb. Beləliklə...

Böyrək daşlarının əsas səbəbləri:

Az su içmək (susuz qalmaq)

Qidalanma — çox duz, protein və şəkər istifadəsi

Ailəvi meyillilik (genetik faktorlar)

Sidik yollarının infeksiyaları

Metabolik pozğunluqlar (bədənin bəzi maddələri düzgün parçalaya bilməməsi)

Əlamətlər:

Böyrək və ya bel nahiyəsində kəskin ağrı

Sidik ifrazında qan

Bulantı, qusma

Tez-tez sidiyə çıxmaq, yanma hissi

Sidikdə bulanıqlıq və ya pis qoxu

Diaqnostika:

Sidik analizi

Qan analizi

Ultrasəs, KT (kompüter tomoqrafiyası) və ya rentgen

Müalicə yolları:

Kiçik daşlar – çoxlu su içmək və ağrıkəsicilər ilə təbii yolla çıxması gözlənilir.

Böyük daşlar və ya çıxa bilməyənlər üçün:

ESWL (ultrasəs dalğaları ilə daşın qırılması)

Ureteroskopiya

Cərrahi müdaxilə (laparoskopik və ya açıq əməliyyat)

PNL (perkutan nefrolitotomiya)

Aytən