İki Azərbaycan vətəndaşı İsrail ordusu tərəfindən saxlanıldı - XİN-dən REAKSİYA

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı Pərvin Əzimov və Orxan Səmədzadənin saxlanıldığı məlumdur.

Oct 10, 2025 - 02:39
Oct 10, 2025 - 02:40
İki Azərbaycan vətəndaşı İsrail ordusu tərəfindən saxlanıldı - XİN-dən REAKSİYA

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ayxan Hacızadə bildirib.

Ayxan Hacızadə qeyd edib ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar:

"İsraildəki Səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur".