Təzyiqi qaldıran qidalar və içkilər - Siyahı
Yüksək təzyiq (hipertoniya) dünyada ən çox yayılmış sağlamlıq problemlərindən biridir.
Əvvəllər sadəcə yaşlı insanlarda rast gəlinən bu xəstəlik indi gənc-yaşlı ayırd etmir. Yüksək təzyiq həyat tərzimiz və qidalanma vərdişimizlə sıx bağlıdır.
SAVASHMEDİA.az təzyiq yüksəldən qidaları və içkiləri təqdim edir.
Duzlu qidalar: Duz qan təzyiqini artıran vasitələrdən biridir. Yeməklərdə şorabalarda həddindən artıq duz istifadə etmək məsləhət deyil. Bundan başqa konservlərin, çipslərin, suxarıların, şorbaların tərkibində çox miqdarda duz olduğundan təzyiq xəstələrinin yeməməsi məqsədəuyğundur.
Şəkərli qidalar və içkilər – desertlər, şokoladlar, şirniyyat növləri, qənnadı məmulatları, şəkərli, qazlı içkilər qan təzyiqini yüksəldir.
İşlənmiş, hisə verilmiş ət və ət məhsulları - Kolbasa, sosiska donuz əti, konservlər, hisə verilmiş balıq duzla zəngindir. Bu cür qidalar damarları tıxayaraq qan dövranını pozur və qan təzyiqini yüksəldir.
Spirtli içkilər – Müntəzəm və həddindən artıq spirtli içki qəbulu qan təzyiqini qaldırır.
Qəhvə/kofe – Gün ərzində 2-3 stəkandan çox qəhvə içmək qan təzyiqini qaldıra bilər.
Fastfud – Fastfudun tərkibindəki işlənmiş ətlər və trans yağlar qan-damar sisteminin düşmənidir. Davamlı istehlak damarları tıxayır və hipertoniyaya qapı açır.
Enerji içkiləri – Enerji içkilərinin tərkibində şəkər və kofeinin miqdarı həddindən artıq olduğu üçün hipertoniyaya səbəb olur.
Qoz-fındıq – tərkibində bol miqdarda yağ olduğu üçün təzyiqi qaldıra bilər.
Ədviyyatlar - qırmızı və qara istiot, mixək, xardal
Duzlu pendir və şor
Zeytun
Dondurma
Banu