Vitse-prezidentdən CHP-nin boykot çağırışına reaksiya - "Heyrətlə izləyirəm" 

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz CHP sədri Özgür Özəlin boykot çağırışını "çox zərərli" adlandırıb.

Mar 26, 2025 - 02:44
Vitse-prezidentdən CHP-nin boykot çağırışına reaksiya - "Heyrətlə izləyirəm" 

SAVASHMEDİA.az xəbər verir ki, vitse-prezident bu barədə "Habertürk TV"nin efirində danışıb.

"Ana müxalifət lideri boykot çağırışları edir. Mən bunu həqiqətən heyrətlə izləyirəm. Bir tərəfdən iqtisadiyyatı tənqid edirsiz, digər tərəfdən də bu ölkənin milli və yerli şirkətlərini hədəfə alırsız", - o deyib.

Yılmaz qeyd edib ki, CHP-nin bu çağırışları məsuliyyətsiz siyasətdir və bunun nəticəsində boykot olunan şirkətlərdə işləyən insanlara, Türkiyənin istehsalına, milli sərvətlərinə ziyan dəyə bilər.