“Nümayəndə heyətimiz yalnız bu mandata malikdir” - Zelenski
Londonda keçirilən bugünkü danışıqlarda Ukrayna nümayəndə heyəti atəşkəslə bağlı danışıqlar aparmaq mandatına malikdir.
SAVASHMEDIA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski brifinqdə deyib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti London görüşündə tam və ya qismən atəşkəs rejimini müzakirə etmək niyyətindədir. “Biz bu mərhələyə hazırıq”, - deyə Zelenski vurğulayıb.
Ukraynanın dövlət başçısı qeyd edib ki, atəşkəs indi Putindən asılıdır və Pasxa atəşkəsi adlandırılan barışıq göstərib ki, ruslar hücumları azaltmaq istəyirlərsə, onları azaldırlar.
Zelenski əlavə edib ki, Rusiya qeyd-şərtsiz atəşkəsə razılaşana qədər istənilən ərazi məsələsini müzakirə etmək yalnız müharibənin uzadılmasına aparır və Kreml məhz buna nail olmağa çalışır.
Qeyd edək ki, bundan öncə bəzi KİV iddia edirdi ki, Londondakı danışıqlarda ABŞ sülh sazişinin bir hissəsi kimi Krımın Rusiya tərəfindən qanunsuz ilhaqını tanımağı və hazırkı xətt üzrə cəbhənin dondurulmasını təklif edə bilər.
Xatirə SADİQ