Berat Mert Demir yenidən Bakıda konsert proqramı ilə çıxış edəcək - VİDEO

Türkiyənin sevilən sənətçisi və enerjili səhnə performansı ilə diqqət çəkən Berat Mert Demir çoxsaylı tamaşaçı istəklərindən sonra yenidən Bakıya gələcək.

Sep 14, 2026 - 14:46
Berat Mert Demir yenidən Bakıda konsert proqramı ilə çıxış edəcək - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, sənətçinin iştirakı ilə musiqi və əyləncənin bir araya gələcəyi xüsusi gecə dekabrın 20-də keçiriləcək.

DJ Berat Mert Demirin çıxışı saat 20:00-da başlayacaq və gecə saat 01:00-dək davam edəcək.

Tədbir Elektra Events Hall-da baş tutacaq.

Konsertə biletləri iTicket.az platforması üzərindən əldə etmək mümkündür.