Azərbaycanda professor dünyasını dəyişdi - FOTO

Filologiya elmləri doktoru, professor, uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dünya ədəbiyyatı tarixi kafedrasının müdiri olmuş Tərlan Novruzov bu gün vəfat edib.

Jun 6, 2025 - 01:07
Azərbaycanda professor dünyasını dəyişdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, professor bir çox elmi əsərlərin, dərslik və monoqrafiyaların, o cümlədən "Sabir irsinin tədqiqi və təbliği", "M.Ə.Sabir ədəbi məktəbi", "Sabir və davamçıları", "Müasir şeirimizdə Sabir ənənələri" kitablarının müəllifidir.

Fotoda Tərlan Novruzov