Onlar dövlət katibi və milli təhlükəsizlik müşaviri olacaqlar - Tramp qərar verdi 

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə Marko Rubionun və milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə Mayk Uolsun namizədliyini irəli sürmək qərarına gəlib. 

Nov 12, 2024 - 12:15
Nov 12, 2024 - 12:16
Onlar dövlət katibi və milli təhlükəsizlik müşaviri olacaqlar - Tramp qərar verdi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times”, “Fox News”, “The Wall Street Journal”, “The Hill” və digər KİV-lər məlumat yayıb. 

Onların hər ikisi Florida ştatını təmsil edir. 

Senator Marko Rubio 28 may 1971-ci ildə Mayamidə dünyaya gəlib. Mayami Universitetini bitirib. 53 yaşlı senator əslən Kubadan olan iki mühacirin övladıdır. Rubio zəhmət, iman və cəmiyyətin valideynlərinə Amerika arzusuna çatmasına necə kömək etdiyini öz gözləri ilə görüb. 2010-cu ildə ABŞ Senatına seçilməkdən əvvəl Rubio Qərbi Mayami şəhər komissarı və Florida Nümayəndələr Palatasının spikeri vəzifələrində çalışıb. Hazırda Kəşfiyyat Komitəsinin sədr müavini və Xarici Əlaqələr Komitəsinin böyük üzvüdür. 

Onun dövlət katibi postunda namizədliyini gələn il Konqres təsdiqləməlidir. Əgər bu, baş verərsə, Florida ştatında doğulmuş Rubio Amerika diplomatiyasının başçısı vəzifəsində ilk Latın Amerikalı ola bilər. 

Konqresmen Mayk Uols 31 yanvar 1974-cü ildə Floridanın Boynton-Biç şəhərində anadan olub. Virciniyanın Hərbi İnstitutunu bitirib. ABŞ ordusunun veteranıdır və Konqresə seçilmiş ilk “yaşıl beret”dir. Pentaqonun məsləhətçisi kimi təcrübəyə malikdir və həmçinin müdafiə sektorunda Müdafiə Nazirliyinin podratçılarından biri kimi çalışıb. Nümayəndələr Palatasında o, Çinlə qarşıdurma və Çin resurslarından asılılığı azaltmaq mövzusu ilə məşğul olur və Respublikaçılar Partiyasında onun ən sərt tənqidçilərindən biri hesab olunur.

O, Ukraynaya dəstəyin davam etdirilməsinin, eyni zamanda, Amerika vergi ödəyicilərinin pullarının xərclənməsinə nəzarətin tərəfdarıdır.

Xatirə SADİQ