Müdafiə naziri üzr istədi və istefaya getdi
Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyon hərbi vəziyyət tətbiq etmək cəhdi ilə bağlı ictimai narahatlığa səbəb olduğuna görə üzr istəyib və istefa verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat verib.
Agentlik yazır ki, məhz Kim Yon Hyon dövlət başçısına ölkədə hərbi vəziyyət elan etməyi təklif edib.
Yun Suk Yel dekabrın 3-ü axşam gözlənilmədən hərbi vəziyyət elan etdi, lakin müxalifətin nəzarətində olan parlamentin bunu rədd etməsindən bir neçə saat sonra qərarını ləğv etdi.
“Mən prezidentə fövqəladə hərbi vəziyyətin yaratdığı bütün qarışıqlıqlara görə məsuliyyəti öz üzərinə götürərək istefa verməsini təklif etdim”, - deyə müdafiə naziri vurğulayıb
Xatirə SADİQ