Hindistan Trampla razılaşdı, Rusiyadan neft alışını azaldır

Hindistan ABŞ Prezidenti Donald Trampın tələbi ilə Rusiya neftinin idxalını azaldıb.

Oct 24, 2025 - 01:01
Hindistan Trampla razılaşdı, Rusiyadan neft alışını azaldır

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə cümə axşamı Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinq zamanı bildirib.

"Biz bilirik ki, Hindistan Rusiyadan neft alışını azaltmaq tələbinə razılaşıb. Prezident Donald Tramp həmçinin Avropa ölkələrini, müttəfiqlərimizi Rusiya neftini almağı dayandırmağa çağırır", - o deyib.

Daha əvvəl "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib ki, Hindistanın neft emalı zavodları ABŞ-nin Rusiyanın iki aparıcı istehsalçısına qarşı yeni sanksiyalarına uyğun olaraq həmin ölkə neftinin idxalını kəskin azaltmağa hazırdır.

Aytən