Ən zəif bənd – 3

(Bir vaxt əvvəli 2 dəfə olub)

Apr 21, 2025 - 12:08
Ən zəif bənd – 3

Kim məktəb illəri ərzində yalnız pəncərədən görünən mənzərəni öyrənib?

Ancaq çıxarıb atmaq lazım olan çürük dişi kim xatırladır?

Kim yalnız başqalarından narazıdır?

Kim Ukraynanın məğlubiyyəti üzərindən Nobel Sülh mükafatı almaq niyyətindədir?

Kimin harada olduğunu hamı bilmək istəyir ki, o tərəfə baxmasın?

Kimsiz yaxşı deyildi, onunla lap pis oldu?

“2+2=...” misalını kim sütunla yazır?

Kim elə düşünür ki, Marks, Markes, Qoqol və Gegel iki adamdır?

Gəminin arxa göyərtəsini “gəminin ....” adlandıran “qanacaqlı” kimdir?

Arı balına kim qatran qatır?

Gəmini qayalara doğru inadla sürən kapitan kimdir?

Kimin gedişini heç kəs “beyin axını” adlandırmayacaq?

Kimin arzusu uzun bağırsağında qalacaq?

Xəstələrin oksigen balonlarında ventilləri kim bağlayır?

Kimə görə azad biznesin nəfəsi kəsilir?

Kim qaydaları pozmaq üçün öyrənir?

Kimin iştahası qarnından çox başına bəla olacaq?

Səbəbsiz gülən kimdir?

Kim özünü əsas oyunçu hesab edir, amma ehtiyat skamyasında oturmağa da layiq deyil?

Kim Eynşteynlə Eyzenşteyni qarışdırmır, çünki onları tanımır?

“Əvvəlcə söz olub” deyərək, sonra da fikirləşməyən kimdir?

Vensi Zelenskinin üzərinə qısqırdan kim olub?

Kim özünü Kainatın mərkəzi hesab edir?

Kimin nüfuzu döşəmə əskisindən çirklidir?

Kimə “Həyatda öz yerini tap” deyildikdə, gedirdi kazinoya?

Kim özünü çoxdan biabır edib, indi isə başqalarına girişib?

Beyninin imkanından artıq fikirləşən kimdir?

Kimin beyni gücə düşüb, babasili isə ağzından çıxıb?

Kimə “Biliklər ölkəsi”nə heç vaxt viza verilməyəcək?

Kim ova çıxdığı halda özü şikara çevrilib?

Kim imzasını qaldırib göstərərək uşaq kimi fikirləşir: “Baxın məndə nə var”?

Kimin barıtı islanıb?

Kimin beyninin qılıncı kəsmir?

Kim öz düşüncəsini tərksilah edib?

Kim kamera qarşısında öz cavablarını deyil, saç düzümünü fikirləşir?

Kimə “eks-” söz önü yaraşır?
Kim öz qrim otağından çıxmasa yaxşıdır?

Öz imkanlarını ambisiyaları ilə səhv salan kimdir?

Kim şaha çevrilsə də, piyadadır ki, piyada!?

Səkkiz yardım əlin olsa belə, kimə heç birini uzatmazsan?

Bir vaxt sudan quru çıxıb, indi bataqlığa girən kimdir?

Burulğana düşüb, onu cakuzi bilən kimdir?

Sorğu anketlərinin şifahi suallarına hər kəs bir söz yazdı, bəzi insanlar həmin sözü 3 dəfə qeyd etdilər:

Tramp! Tramp! Tramp!
(Daha ardı olmayacaq)

**Trampdan və onun ətrafından isə hər gün yeni xəbər gəlir. Don bu dəfə deyir ki, əgər Ukrayna və Rusiya onun təklifi ilə razılaşmasa, onların arasında sülh müqaviləsi bağlamaq üzrə fəaliyyətini dayandıracaq. Qırmızısifətin yadından çıxıb ki, hələ prezident seçkilərindən qabaq demişdi: "Seçilsəm, andiçmə mərasimini gözləmədən 24 saat ərzində müharibəyə son qoyacağam". Bu hərif indiyədək heç bir problemi həll, heç bir vədinə əməl etməyib.

A.ƏZİZ