"Putinə işləyirsən, onun yanını yalamağı dayandır" - Zelenski kimə qəzəbləndi?
Ukrayna prezidenti Volodimir Zelenski amerikalı jurnalist Taker Karlsona sərt cavab göndərib.
SAVASHMEDİA.az ukraynalı jurnalist Dmitri Qordonun “telegram” kanalına istinadən xəbər verir ki, bu, Zelenskinin britaniyalı jurnalist Pirs Morqana müsahibəsi zamanı baş verib.
Morqan danışıb ki, bu yaxınlarda amerikalı həmkarı ilə görüşüb və Zelenskinin tənqidçisi olan Taker ondan Ukrayna liderinə bəzi suallar verməsini rica edib.
Takerin sualları belə olub: “Niyə seçki keçirmirsiniz? Niyə siyasi rəqiblərinizi öldürməkdən əl çəkmirsiniz? Nə üçün insanlara öz xristian inanclarını tətbiq etməyə icazə vermirsiniz? Niyə rusdillilərə rusca danışmağa, rus dilində kitab oxumağa icazə vermirsiniz? Bunu diktator olmayanlar edir”.
Morqan əlavə olaraq deyib ki, Takerin fikrincə, Zelenski də Putin kimi diktatordur.
Zelenski bildirib ki, Ukraynada heç kim heç bir kilsəni qadağan etməyib. Lakin parlament Ukraynada Rusiya ilə əlaqəli kilsələrin olmamasına qərar verib. Belə kilsələr yenidən qeydiyyatdan keçməli və Ukrayna kilsəsinə çevrilməlidir.
Ukrayna lideri nəzərə çatdırıb ki, rus dili ilə bağlı narrativlər yalandır və Putinə məxsusdur. Zelenski xatırladıb ki, Putin əksəriyyəti rusdilli olan on minlərlə dinc sakini Ukraynanın şərqində qətl etdirib. İndi həmin ərazinin sakinləri Putinə nifrət edirlər.
Siyasi opponentlərin öldürülməsinə gəlincə, Zelenski bildirib ki, Karlsonun nədən danışdığını bilmir. Çünki Putinin Ukraynadakı əsas nümayəndəsi, kirvəsi Medvedçuk sağdır, Ukrayna onu ukraynalı hərbçilərə dəyişdirib.
“Konfessiyalar, seçkilər və başqa hər şeylə bağlı – bunların hamısı Putinin narrativləridir. Təəssüf ki, bu blogger və ya jurnalist Putinin sözlərini tamamilə təkrarlayır. O, nə istəyir? O, Putinə işləyir. Məni Putin səviyyəsinə endirmək istəyir. Bizi bərabərləşdirmək istəyir. Və o zaman insanlar balans saxlamalı, güşəst tapmalı olacaqlar. Bu jurnalist – soyadını xatırlamıram, bağışlayın... Taker, bəli... O, Ukraynada baş verənləri daha dərindən başa düşməlidir”.
Sonda Zelenski amerikalı jurnalisti Putin üçün işləməyi və onun yanını yalamağı dayandırmağa çağırıb.
Səlcuq