Gürcüstan MSK Kremlin adamına media akkreditasiyası verib
ABŞ-nin sanksiyaları altında olan, Gürcüstanın “işğal haqqında” qanununu pozan Kremlin təbliğatçısı Aleksandr Malkeviç media akkreditasiyasına malik olub.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Rusiyanın adamına media akkreditasiyasını Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) təqdim edib.
MSK bu məlumatı təsdiqləyib. Bildirilib ki, Malkeviç Rusiyanın NTV televiziya şirkəti tərəfindən parlament seçkiləri üçün akkreditasiya olunub.
MSK-nın siyahısında Rusiya NTV-nin 5 əməkdaşının akkreditasiyadan keçdiyi göstərilib.
Xatırladaq ki, bu gün “Sərhədsiz Reportyorlar” təşkilatı Gürcüstandakı səsvermə günü rusiyalı təbliğatçı Aleksandr Malkeviçin Tiflisdə olması barədə məlumat yayıb.
Keçmişdə Vaqner PMC-nin təsisçisi Yevgeni Priqojinin strukturları ilə sız əməkdaşlıq edən Malkeviç işğal olunmuş Ukrayna ərazilərində təbliğat şəbəkəsinin yaradıcısıdır.
Bundan başqa, o, ABŞ-dəki president seçkilərinə müdaxiləyə görə, həmin ölkədə axtarışda elan edilib. Vaşinqton onun yerini xəbər verən şəxsə 10 milyon dollar mükafat vəd edib.
Xatirə SADİQ