İsrail bu ölkəni vurdu

İsrail ordusu Beyrutun cənub ətrafına bir neçə hava zərbəsi endirib. 

Nov 1, 2024 - 16:32
İsrail bu ölkəni vurdu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Hadisənin şahidlərinə istinadən agentlik yazıb ki, bu, əhalinin sıx məskunlaşdığı ərazilərə ilk belə hücumdur.

İsrail hərbçiləri bildiriblər ki, zərbələrin məqsədi Livanın radikal “Hizbullah” qruplaşmasının obyektlərini hədəf almaq olub. Ordudan bildirilib ki, qruplaşmanın Livanın cənubundakı Nəbatiyyə bölgəsindəki komanda mərkəzlərinə də zərbələr endirilib.

“Zərbələrdən öncə mülki şəxslər üçün riski azaltmaq üçün çoxsaylı addımlar atılıb, o cümlədən ərazidəki əhaliyə əvvəlcədən xəbərdarlıq edilib”, - deyə ordunun açıqlamasında vurğulanıb. 

“Reuters” qeyd edib ki, bu, Qəzza zolağında və Livanda hələlik nəticə verməyən atəşkəs rejiminə dair danışıqların bərpası fonunda baş verib. Çərşənbə günü Livanın baş naziri İsraillə atəşkəs razılaşmasının bir neçə gün ərzində elan ediləcəyinə ümid etdiyini bildirirdi.

Xatirə SADİQ