İsrailin “B” planı var - “Əgər...”
ABŞ prezidenti Donald Trampın İranla müharibəyə qoşulmayacağı təqdirdə İsrailin “B planı” var.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Axios” portalı yazıb.
Nəşr qeyd edib ki, İsrailin İrandakı yeraltı obyektlərə, xüsusən də Fordodakı uran zənginləşdirməsi üzrə zavoduna zərbə endirmək üçün kifayət qədər gücə malik bomba və B-2 bombardmançı təyyarələri yoxdur.
İsrail tərəfi Ağ Evə məlumat verib ki, yeraltı obyektlərə effektiv hücum edə bilməz, lakin “insanların köməyi ilə” ora çata bilir.
Məqalədə deyilir ki, İsrail Müdafiə Ordusunun xüsusi təyinatlı qüvvələri bu cür əməliyyatları, məsələn, ötən ilin payızında Suriyada bir obyekti partlatmaqla həyata keçirib.
“Axios” hesab edir ki, İsrailin İran üzərindəki səmaya tam nəzarət etdiyi nəzərə alınsa, İsrailin təkbaşına hücum planı daha real görünür. Bununla belə, İsrail məmuları inanırlar ki, Tramp ölkəsinin İrana zərbələrdə iştirakına qərar verəcək.
Xatirə SADİQ