"Bozqurdlar" avrokuboklarda - "Turan Tovuz"dan qələbə

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq. 

May 10, 2026 - 19:25
"Bozqurdlar" avrokuboklarda - "Turan Tovuz"dan qələbə

SAVASHMEDİA.az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

“Turan Tovuz” öz meydanında “Karvan-Yevlax”ı qəbul edib. Matç Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Tovuz klubu 59 xalla 3-cü, Yevlax təmsilçisi isə 14 xalla 12-ci, sonuncu pillədə qərarlaşıb.

Beləliklə, Tovuz təmsilçisi növbəti mövsümdə ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri olacaq. "Karvan-Yevlax" isə gələn mövsüm birinci liqada mübarizə aparacaq.