Paşinyan Rusiya ilə əlaqələri bərpa etməyi tapşırdı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dövlət qurumlarına Rusiya ilə münasibətləri bərpa etməyi tapşırıb .

Mar 20, 2025 - 12:44
Paşinyan Rusiya ilə əlaqələri bərpa etməyi tapşırdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşr iddia edir ki, baş nazir idarələrə rusiyalı həmkarları ilə əlaqələri və təmasları bərpa etməyi və “son geosiyasi dəyişikliklər”lə əlaqədar birgə tədbirlərdə fəal iştirak etməyi tapşırıb.

Qəzet bunun Rusiyanın regionda mövqelərini gücləndirməsi ilə əlaqəli olduğunu iddia edir.

Oğuz