“Tramp istəsə, Ukrayna NATO-da olacaq” – Zelenski 

“ABŞ prezidenti Donald Tramp Ukraynanın NATO-ya daxil olması məsələsinə təsir edə bilər”.

Jan 22, 2025 - 12:23
“Tramp istəsə, Ukrayna NATO-da olacaq” – Zelenski 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski Davos forumu çərçivəsində jurnalistlərə müsahibəsində deyib. 

“Hər şey ABŞ-dən asılıdır. Əgər Tramp Ukraynanı NATO-da görməyə hazırdırsa, biz NATO-da olacağıq, hər kəs lehinə olacaq. Əgər prezident Tramp bizi NATO-da görməyə hazır deyilsə, biz NATO-da olmayacağıq”, - deyə Zelenski vurğulayıb.

Zelenski nəzərə çatdırıb ki, bəzi dövlətlər əvvəlcədən Ukraynaya qarşı qeyri-şəffaf siyasət aparır və onun NATO-ya üzvlüyünü dəstəkləmirdi.

“Ukraynanın NATO-da olacağına dair sözlər, sadəcə, yalan idi. Çünki onilliklər keçirdi, Ukrayna isə NATO-nun üzv olmadı. Bu, şərəfsizlik idi”, - deyə Ukrayna prezidenti əlavə edib.

Zelenski xatırladıb ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı zəif mövqeyə malik ABŞ və Almaniya ruslarla dialoq aparırdı. Onun fikrincə, onlar bu dialoqu uduzdular, çünki həmişə Rusiya ilə bir vaxtlar razılaşmaların olmasına əsaslanırdılar.

“Mən başqalarının Ukraynaya hörmət səviyyəsini bərabərləşdirmək istərdim. Biz təhlükəsizlik təminatları uğrunda mübarizə aparırıq. Biz NATO-da olmaq istəyirik, əksər NATO ölkələri bizi dəstəkləyir”, - deyə Zelenski bildirib.

Ukrayna dövlət başçısı onu da qeyd edib ki, NATO-da ölkəsini dəstəkləməyən dörd ölkə var: ABŞ, Almaniya, Slovakiya və Macarıstan. 

Xatirə SADİQ