Səfirliyimizə hücum edən Yasin bu halda edam olunmayacaq - Orxanın ailəsi bağışlasa...
İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqləyib.
SAVASHMEDİA.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangiri deyib.
Onun sözlərinə görə, məhkəmə Yasin Hüseynzadə ilə bağlı edam qərarını artıq icra şöbəsinə təqdim edib.
İran qanunlarına görə, hökm yalnız zərərçəkənin ailəsinin (Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin qətlə yetirilən rəisi Orxan Əsgərovun ailəsi nəzərdə tutulur - red.) müraciəti əsasında icra oluna bilər. Zərərçəkənin ailəsi qatili əfv edərsə, hökm icra olunmayacaq.
Xatırladaq ki, 2023-cü il, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Səhər saat 08.30 radələrində baş verən insident zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan Orxan Əsgərov həlak olub.