"Ərdoğana dedim ki, yaxşı, siz xahiş edirsinizsə..." - Zelenski bunları ilk dəfə danışdı
“İstanbulda keçirilən məsləhətləşmələr Rusiyanın Ukraynanı təslim olmağa məcbur etmək cəhdi idi”.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Davos forumu çərçivəsində xarici jurnalistlərin “İstanbul razılaşmaları” barədə sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, həmin danışıqlar çərçivəsində Ukrayna dövləti dəfələrlə hakimiyyətin dəyişdirilməsi, Donbasın Rusiya kimi “tanınması”, neytrallıq və digər “tələblər” şəklində ultimatumlar eşidib.
“Heç bir Türkiyə danışıqları yoxdur, çünki mən prezidentəm, danışıqçıyam, Rusiyada isə Putin danışıqlar aparan şəxsdir. Odur ki, mən heç vaxt Türkiyədə Putinlə görüşməmişəm”, - deyə Ukrayna lideri əlavə edib.
Onun sözlərinə görə, Rusiyanın tələblərindən biri də Kiyevdə hakimiyyətə ruspərəst Viktor Medvedçukun gətirilməsi olub: “Onlar (Rusiya) dedilər ki, mən geri çəkilməliyəm, onlar məni rusiyapərəst Medvedçukla əvəz edəcəklər. Yəni, mən artıq prezident deyiləm. Bu, mənim üçün problem deyil, xalqımız səs verəcək. Demək istəyirəm ki, bu, məqsəd deyil”.
Ukrayna prezidenti onu da nəzərə çatdırıb ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun da müəyyən təşəbbüsü olub, lakin Kreml ikinci ultimatum irəli sürüb.
“Sonra Türkiyədə görüş təşkil etmək istədilər və prezident Ərdoğan məndən xahiş etdi: “Zəhmət olmasa, onlar oturub danışsınlar”. Dedim: “Yaxşı, siz istəyirsinizsə onlar danışacaqlar”. Onlar gəldilər və yenə ultimatum irəli sürdülər. Beləliklə, bizim hər hansı danışıqlar apardığımızı deyə bilmərik, çünki hər üç görüşdə Putindən ultimatumlar olub”, - deyə Zelenski vurğulayıb.
Xatirə SADİQ