Əməkdar jurnalist vəfat etdi

Azərbaycanın əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat edib.

Apr 2, 2025 - 00:59
Apr 2, 2025 - 01:06
Əməkdar jurnalist vəfat etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, o bu gün uzun sürən xəstəlikdən sonra 73 yaşında yaşadığı mənzildə dünyasını dəyişib.

Qeyd edək ki, Valeh Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildən “Səs” qəzetində tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələrdə çalışıb.

“Tərəqqi” medalına və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.