"Günah Azərbaycanda yox, bizdədir" - İran prezidenti

“Azərbaycan qonşu dövlət, qohumluq əlaqələrimiz olan xalqdır”.

Jul 31, 2025 - 18:54
"Günah Azərbaycanda yox, bizdədir" - İran prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri zamanı deyib.

O, Azərbaycanla münasibətləri şərh edib və Bakıya son səfəri ilə bağlı tənqidlərə cavab verib:

“Necə ola bilər ki, mən ora gedib razılığa gəlmirəm? Biz onlarla qonşu ola-ola əlaqə yarada bilmirik. Necə olur ki, İsrail bunu kənardan gəlib edə bilir?”

İran Prezidenti əlavə edib ki, əgər iki qonşu ölkə arasında əlaqələr qurulmasa, məsuliyyət İran tərəfinin üzərinə düşür: “Əgər rabitə qurulmazsa, deməli, günah bizdədir”.