Sevil Əliyevanın oğlu bu xanımla ailə qurub - ƏTRAFLI
Ötən gün Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub.
SAVASHMEDİA.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib.
Onun "Pasha Holding"ə məxsus "Pashabank"da işlədiyi bildirilir.
Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və Sabir Rüstəmovun nəvəsidir.